"WhatsApp"ı olanlara pis xəbər - bu gün səhərdən etibarən....

14 May, 2019 11:42 | Həyat Tərzi | Baxış sayı: 679
"WhatsApp"
"WhatsApp"

Ani mesajlaşma xidməti bu telefonlara verdiyi dəstəyi geri götürür

Dünyada milyonlarla istifadəçisi olan və demək olar ki, hər model smartfonda problemsiz işləyən "WhatsApp"  bəzi qərarlar qəbul edib. Bu qərara əsasən artıq "iPhone"olan hər kəs mesajlaşma xidmətindən faydalana bilməyəcək. Yeni qayda bu gün səhərdən qüvvəyə minib. Bəs "WhatsApp" işlədə bilməyəcək olan  hansı modellərdir? 

iPhone 3G, iPhone 3G S, iPhone 4, iPhone 4S.

Yəni iOS 8 tədbiqi və ondan aşağı olanlar. Bundan başqa bütün "Windows Phone" sisteminə sahib telefonlara verilən dəstək də geri götürüləcək. Bu 2019-cu ilin sonuna kimi olacaq. Bu telefonlara "WhatsApp" yazılsa belə, onu açmaq mümkün olmayacaq.

Qeyd edilən telefonlarda iOS 8-dən sonrakı tədbiqləri istifadə etmək mümkün olmadığı üçün "WhatsApp" istifadə etmək istəyənlər yeni model smartfon seçməli olacaqlar.  

Xatırladaq ki, bu şirkətin ilk addımı deyil. Buindan öncə də, köhnə "Nokia" və "BlackBerry" telefonlarına verilən dəstək sona çatmışdı.