Karantində oruc tutmaq olar?

14 Aprel, 2020 14:31 | Həyat Tərzi | Baxış sayı: 156
Ramazan ayı
Ramazan ayı

Türkiyə Dini Qurumundan hamını maraqlandıran suala cavab

"Sağlam şəxslərin Ramazan ayında oruc tutması xəstəliyin yayaılması baxımından xüsusi risk yaratmır".  Türkiyənin Dini işlər üzrə Ali Qurumu COVİD-19 pandemiyası dövründə qarşıdan gələn Ramazan ayı ilə bağlı açıqlama verib. 

Açıqlamada qeyd edilib ki, Ramazan orucunu tutmaqdan xəstəliyi olan şəxslər azad ediliblər. Sadəcə pandemiyanın davam etdiyi dövrdə sosial izolyasiya tədbirlərinə riayət edilməli, başqaları ilə təmasdan qaçmalı, dostlar, yaxınlarla birlikdə iftar yeməkləri etməkdən bir müddət çəkinmək lazımdır. 

Xatırladaq ki, bu il Ramazan bayramı Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, mayın 24, 25-i  qeyd ediləcək.