Vanqanın şok Rusiya falı - "Onu heç kim dayandıra bilməyəcək"

14 Aprel, 2018 13:30 | Həyat Tərzi | Baxış sayı: 519
Vanqa
Vanqa

"Geriyə ancaq Vladimirin təntənəsi qalacaq"

"Rusiyanı heç kim dayandıra bilməyəcək. O, dünyanın tək super gücü olacaq". İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bu sözləri dünya şöhrətli Vanqa kimi tanınan bolqar baxıcı deyib. Rusiyanın siyasi və iqtisadi gücününü artdığı bir dövrdə vanqanın sözləri yenidən gündəmə gəlib.

Vanqanın 1979-cu ildə dediyi iddia edilən daha bir öncəgörməsi meydana çıxıb. İddiaya görə, o bu sözləri rusiyalı yazışı Valentin Sidorovla görüşü zamanı deyib.

"Hər şey buz kimi əriyəcək. Geriyə ancaq Vladimirin təntənəsi, Rusiyanın təntənəsi qalacaq".  Çoxları onun burada məhz Vladimir Putin haqqında danışdığını deyir.

Xatırladaq ki, Vanqanın 2018-ci illə bağlı iki önəmli öncəgprməsi var. Onlardan biri Çinlə bağlıdır. Vanqa, 2018-ci ildə Çinin ABŞ-ı üstələyərək dünyanın yeni super gücü olacağını proqnozlaşdırıb. İqtisadi cəhədən gün keçdikcə güclənənən Şinə baxdıqda bu proqnozun reallaşacağını görmək elə də çətin deyil.

Bolqar qadının ikinci proqnozu isə kosmosla bağlı olub. O, bu il Venera ilə bağlı önəmli hadiəsinin yaşanacağını, enerji mənbəyinin tapılacağını deyib. Rəsmi şəkildə bu planetdə heç bir araşdırma aaprılması düşünülmür. Ancaq bu ilin ilk yarısında Günəş ətrafındakı planetləri araşdırmaq üçün kosmosa yeni qurğu çıxarılacaq. Qurğunun məhz bu planetin cazibə qüvvəsindən faydalanaraq Günəşin ətrafında səyahət edə biləcəyi deyilir.