Dünyanın Ermənistan qorxusu

14 Aprel, 2017 10:22 | Həyat Tərzi | Baxış sayı: 273
Təmas xəttinə yerləşdirilən erməni hərbi texnikası
Təmas xəttinə yerləşdirilən erməni hərbi texnikası

Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlandı

Dünyanın ən təhlükəsiz ölkələrinin adları açıqlanıb. İstiPress-in məlumatına görə, reytinq siyahısını Ümumdünya İqtisadiyyat Forumu tərtib edib. Siyahının hazırlanmasında cinayətin səviyyəsi, terror təhlükəsi, elkəcə də hərbi münaqişələr nəzərə alınıb.

Ümumilikdə siyahıda 136 dövlətin adı var. Siyahının ilk pilləsində Finlandiyadır. Bu ölkə ötən ilki yerini qoruyub saxlaya bilib. İlk üçlükdə isə Birləşmiş Ərəb Əmirliyi ilə İslandiya qərarlaşıb. 

Top onluqda Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə, Qətər, Ruanda yer alıb. 

Ekspertlər Azərbaycanaın torpaqlarını işğal edən Ermənistanı da təhlıükəli ölkə hesab edirlər. Azərbaycanın ən yaxın qonşularından olan Rusiya bu reytinqin  109-cu pilləsində qərarlaşıb. Ermənistan 84, Gürcüstan isə 70-cidir. Ölkəmiz isə 136 dövlət arasında 73-cüdür.

Ekspertlər ən təhlükəli ölkələri də seçiblər. Onların fikrincə, bu Kolumbiya (136), Yəmən (135) və Salvadordur (134).