"WhatsApp" və "İnstagram" çökdü SƏBƏB

14 Mart, 2019 08:58 | Həyat Tərzi | Baxış sayı: 253
Sosial şəbəkələr
Sosial şəbəkələr

Milyonlarla insanın istifadə etdiyi şəbəkələrin çökmə səbəbi açıqlanıb

Dünyada milyonlarla insanın istifadə etdiyi ani mesajlaşma sistemi "WhatsApp" və foto paylaşım şəbəkəsi "İnstagram" ötən axşam çöküb. Belə ki, "WhatsApp" istifadəçiləri foto və video ilə yanaşaı səsli mesajlar da göndərə bilməyiblər. "İnstagram"da paylaşımlar etmək problemə çevrilib. Qlobal səviyyədə yaşanan problem bu gün səhərə kimi də tam aradan qalxmayıb.

Artıq hər iki xidmətin daxil olduğu "Facebook" məsələ ilə bağlı rəsmi açıqlama verib. Qeyd edilib ki, mühəndislər bu problemi aradan qaldırmaq üçün çalışırlar. Çökmənin meydana gəlməsinə səbəb isə DDoS- hücumlarla bağlıdır. 

"Biz bunun xoşagəlməz hal olduğunu anlayırıq. Mütəxəssislərimiz problemi  ən tez zamanda aradan qaldırmaq üçün fəal işləyirlər".