Zibil qabınlar milyonlar tapdı, amma....

14 Mart, 2018 14:14 | Həyat Tərzi | Baxış sayı: 211
Avro
Avro

Bomj tapdığı pulları dərhal polisə aparıb

Almaniyanın Frankfurt şəhər sakini 56 yaşlı kişi zibil qabından elə bir şey tapıb ki... İstiPress-in məlumatına görə, zibil qablarında nə isə axtaran kişinin diqqətini qara çemodan cəlb edib. Onun içərisində isə düz 8 milyon avro pul olub. 

Lakin bu sevinc uzun çəkməyib. Belə ki, polisə təhvil verilən pulların saxta olduğu üzə çıxıb. Bəli, bəli yaşlı kişi tapdığı milyonların saxta-həqiqi olduğunu belə anlamadan onları öz əli ilə polisə aparıb. Almaniyada bomjlar zibil qabından belə pul tapsalar dərhal polisə müraciət edirlər. Bunun müqabilində onlara 3 faizlik haqq verilir. 

Qara çemodandakı pullar 500 avroluq əskinaslar formasında olub. İlkin ehtimala görə, onlar kazinolar üçün rekvizit üçün çap ediliblər. .