Hələ belə evlilik təklifi görməmişdiniz - tanklar hərəkətə keçdi VİDEO

14 Fevral, 2020 14:23 | Həyat Tərzi | Baxış sayı: 206
Tanklar
Tanklar

Hərbçidən Sevgililər gününə qeyri-adi hədiyyə

Rusiyada Sevgililər günü ərəfəsində qeyri-adi evlilik təklifi edilib. İstiPress-in məlumatına görə, hərbçinin sevgilisinə etdiyi təklifdən indi bütün ölkə danışır. 

Tamansk diviziyasının leytenantı tankların köməyi ilə bu təklifini reallaşdırıb. Onun köməyinə isə nə az, nə çox düz 16 "Т-72Б3"tankı çatıb. 

Moskva ətrafındakı Alabino poliqonunda tank rotası iki çərgə halında hərəkətə başlayıb. Təyin edilən yerə çatanda isə onlar ürək formasında düzülüblər. Bundna sonra hərbçi sevgilisini mərkəzə dəvət edərək, dizi üztə çöküb və ona evlilik təklif edib. Belə qeyri-adi təklifə cavab isə şübhəsizki "hə" olub.