Dindarların prezidentliyə namizədi məlum oldu

14 Fevral, 2018 12:28 | Həyat Tərzi | Baxış sayı: 194
Prezident Administrasiyası
Prezident Administrasiyası

"Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq”

"Xalq, cəmiyyət yekdillikdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir".

İstiPress-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə prezident seçikiləri ilə bağlı Azərbaycan dindarlarının toplantısında deyib.

A.Paşazadə qeyd edib ki, Sovet İttifaqı dövründə müsəlmanlar çox əziyyət çəkib, lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədəki problemlər öz həllini tapdı.

QMİ sədri bildirib ki, Prezident İlham Əliyevin də dinə və dindarlara olan münasibəti göz qabağındadır: "Bu gün ulu öndərin həmin uğurlu siyasəti İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün dinlə bağlı atılan addımlar və dindarlara verilən imtiyazlardan çox razıyıq. Din xadimlərinə maaşların verilməsi barəsində qərar da münasibətin bariz nümunəsidir…Bu gün biz Azərbaycanda dindarlara yaradılan şəraitdən narazılıq etsək, Allaha da xoş getməz. Ona görə də öz növbəmizdə biz dindarlar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bütün dindarları İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırırıq. Bir Azərbaycan vətəndaşı kimi bunu yerinə yetirməyə borcluyuq”.