Yeməyini qabağından saxlayanlar cərimələnəcək

14 Yanvar, 2019 11:55 | Həyat Tərzi | Baxış sayı: 130
Dubayda restoran
Dubayda restoran

Yeni qadağa Dubay restoranında işə düşür

Dubayda restoranda sifariş etdiyi yeməyi bitirməyənlər cərimələnəcəklər. Turistlərin axın etdiyi şəhərdəki məşhur restoran şəbəkələrindən biri artıq bu sistemin tədbiqinə başlayıb. 

Əgər müştəri sifariş etdiyi yeməyini yarımçıq saxlasa o bunun üçün hesabdan əlavə 13 dollar cərimə də ödəyəcək. Bu cərimə bəzən yeməyin qiymətindən də baha başa gələ bilər. 

Restoran rəhbərliyi bu yolla qida tullantılarına qarşı mübarizə aparmaq niyyətindədir. Bu həm də ətraf mühitin təmizliyinə dəstək olacaq. 

Sahibkar bu yolla müştərilərinin sağlamlığını da düşündüyünü deyir. Belə ki, onlar öz yeyə bildikləri qədər yemək sifariş edəcəklər və əlavə xərcə, eləcə də artıq qidalanmaya məcbur olmayacaqlar.