Ronaldo bir ildə 3 dəfə ata oldu

13 Noyabr, 2017 09:39 | Həyat Tərzi | Baxış sayı: 215
Ronaldo və ailəsi
Ronaldo və ailəsi

Futbolçunun anası bəlli olan ilk uşağı doğuldu

Dünya şöhrətli portuqaliyalı futbolçu Kriştiano Ronaldo yenə ata oldu. İstiPress-in məlumatına görə, "Real Madrid"in ulduzunun anası bəlli olan ilk övladı doğulub. 

Futbolçunun model sevgilisi onun dördüncü övladını dünyaya gətirib. Doğulan uşaq qızdır. Corcina Rodriqezin dünyaya gətirdiyi qıza Alana Martina adı verilib. 

Ronaldo körpəsi və sevgilisi ilə fotosunu sosial şəbəkədə paylaşıb. "Alana Martina doğuldu. Həm Ceo, həm də Alana özlərini çox yaxşı hiss edir. Hamımız çox xoşbəxtik". 

Xatırladaq ki, Ronaldonun Alanadan başqa 3 övladı da var. Onlardan ən böyüyü 7 yaşındadır. Əkizləri isə bu ilin əvəllərində doğulmuşdu. Digər uşalar surroqat ana vasitəsilə doğulublar. Onların analrının kim olduğu isə mətbuata bəlli deyil.