Həkim qabağında soyunmayan, gündə 1 kq şokolad yeyən lider - FOTO

13 Oktyabr, 2017 14:35 | Həyat Tərzi | Baxış sayı: 333
Adolf Hitler
Adolf Hitler

Milyonların qatili Hitlerin bilinməyən tərəfi

Adolf Hitler... O, tarixin ən çox öyrənilən şəxsiyyətlərindən biridir. Faşist Almaniyasının lideri, yüz minlərlə insanın ölümünə səbəb olan Hitleri dünya əsl cani, qanlı diktator kimi qəbul edir. Lakin onu əsl lider hesab edənlər də var. 

Onun haqqında bu yerə kimi heç kimin bilmədiyi məlumatlar da kifayət qədər çoxdur. İstiPress Hitler haqında bilinməyənləri oxuçularına təqdim edir: 

Adolf Hitlerin atası Alois, oğlu doğulmamışdan 10 il öncə soyadını dəyişməsəydi, bu gün dünya tarixində Adolf Hitler adlı şəxs olmayacaqdı. O, tarixə Adolf Schicklgruber kimi düşə bilərdi. 

Hitler 4 yaşında olarkən boğulmaq təhlükəsi ilə üz-üzə gəlib. Onun həyatını bir rahib xilas edib. 

Faşist Almaniyasının lideri alman yox, avstriyalıdır. 

Onun ailəsinin maddi problemləri çox olub. Lakin uşaqlıq vaxtlarında Avstriyadan olan yəhudi bir ailə həkimi ailəyə pulsuz yardım göstərirdi.

Hitlerin ilk sevgilisi Stefanya Isak adlı yəhudi qız olub. Hətta ona görə intihar belə etmək istəyib. 

Məktəb illərində də yəhudi qıza aşiq olur. Ancaq çox utancaq olduğu üçün sevgisini etiraf edə bilməyib. 

1916-cı ildə Somme döyüşündə yaralanır. Cinsiyyət üzvündə problem yaranır. Buna görə, o hətta həkimin qarşısında belə soyunmazmış. İddiaya görə, məhz bu problemlərlə əlaqədar olaraq onun cinsi həyatı da demək olar ki, olmayıb. 

Maşın sürə bilmirdi. Əslində o sükan arxasında oturub. Amma bu iş onda elə də yaxşı alınmırdı. İnsanların qarşısında biabır olmamaq üçün o heç avtomobil idarə etməyib.

İdiaya görə, onun ən çox sevdiyi şirniyyat şokolad olub. Gündə 1 kq-a yaxın yeyə bilərdi.

Hitler uzun və qısa bığları ilə
Hitler uzun və qısa bığları ilə

18 yaşında o evsiz bir yetim idi. Çünki 14 yaşında atası, 18 yaşında isə anasını itirmişdi.

Onun simvoluna çevrilən bığlarının da tarixçəsi maraqlıdır. Belə ki, gənc yaşlarında o daha uzun bığ saxlayırdı. Lakin qaz maskasına sığmadığı üçün məcbur olaraq onları düzəltmək əmr edilir. Nəticədə onun məşhur bığları meydana çıxır.

Futbol Almaniyanın milli idman növünə çevrilsə də, Hitler top qovmağa nifrət edirdi.

Heç vaxt səsinin yazılmasına icazə verməyib. Faşist liderin səsinin eşildildiyi ancaq bir səsyazısı mövcuddur. 

Vegeterian idi və heyvanların zülmünə qarşı çıxan qanunlar təsdiqləyib.

Birinci dnüya müharibəsində ingilis bir hərbçi yaralı alman əsgərini öldürmür. Ancaq bununla da həyatının xətasını edir. Çünki bu əsgər Adolf Hitler idi.

Hitler 1939-cu ildə Nobel sülh mükafatına namizəd göstərilib.