Ümrəyə getmək üçün vergilər artırıldı

13 Sentyabr, 2019 14:35 | Həyat Tərzi | Baxış sayı: 94
ümrə ziyarəti
ümrə ziyarəti

Həcc Nazirliyi yeni qaydalar qəbul edib

Səudiyyə Ərəbistanın Həcc Nazirliyi vergiləri artırır. İstiPress-in Türkiyə mətbutına istinadla verdiyi məlumata görə, nazirlik Ümrə də daxil olmaqla bütün səfərlər üçün viza alacaq vətəndaşlarla bağlı yeni qərar verib. 

2020-ci ildə ölkəyə ediləcək səfərlər üçün viza alanlardan adambaşı təqribən 135 manat (300 SAR) əlavə vergi alınacaq. 

Bundan başqa daha öncə 3 il ərzində bir dəfədən çox müqəddəs torpaqları ziyarət etmək istəyənlərdən alınan təqribən 390 manat (2000 SAR) bundan sonra alınmayacaq.