Bu doğuş ananı da şoka saldı

13 Sentyabr, 2019 15:24 | Həyat Tərzi | Baxış sayı: 198
Karla Kollaso
Karla Kollaso

Qadın 9 ay hamilə olmasından xəbərsiz olub

Amerika qadın hamilə olduğundan doğuşu başlayanda xəbər tutub. Delaverdə yaşayan Karla Kollaso adlı qadın uzun müddət ana olmaq üçün çalışıb. Lakin çox saylı müalicələr heç bir nəticə verməyib və polikistik over sindromundan əziyyət çəkən qadının arzusu reallaşmayıb.

Lakin təslim olduğu anda möcüzə baş verib. Hər gün olduğu kimi işə gedən Karlanın qarın nayihəsində kəskin ağrılar başlayıb. Maraqlıdır ki, bundan öncə o dəfələrlə hamiləlik testi alsa da nəticə neqativ olmuşdu. Hamiləlik zamanı isə ümumiyyətlə çəki almayıb. 

Qadının köməyinə onun qohumlarından biri gəlib və doğuşu qəbul edib. Hər şey o qədər sürətlə baş verib ki, Karla özü də uzun müddət qız uşağı dünyaya gətirdiyinə inana bilməyib. 

İş yeriə çağırılan tcili yardım ana və körpəni yoxlamalar üçün xəstəxanaya yerləşdiriblər.