Bu kənddə yaşayanlar hər ay 2600 dollar alacaq

13 Sentyabr, 2018 14:36 | Həyat Tərzi | Baxış sayı: 219
İsveçrə
İsveçrə

Pul işləyib-işləməməyindən asılı olaraq hər kəsə veriləcək

İsveçrədə kəndlərdən birinin sakinlərinə hər ay pul veriləcək. Bu ödəniş kənddə yaşayanların işləyib-işləməsindən asılı olmayaraq ödəniləcək. Belə ki, ölkədə  2016-cı ildə referenduma çıxarılan, lakin əhalinin əleyhinə səs verdiyi "qlobal təməl gəlir" (UBI) tədbiqi Rheinau kəndində icra ediləcək.

Kənd sakinləri ayda 2500 İsveçrə frankı (təqribən 2600 dollar) pul alacaq. Artıq gəliri olanlar "təməl gəlir"dən qalan pulu büdcəyə geri qaytaracaq. Maaşlar vergilər əvəzinə bu ianələr hesabına maliyyələşdiriləcək. 

Əslində bu layihədir və bir müddətində tədbiq ediləcək. Bir illik layihə sənədli film üçündür. Filmin rejissoru xalqın iki öncə hər ay işləmədən pul almaqdan imtina etdiyi bu qanunun nə qədər təsirli olduğunu müəyyən etməyə çalışacaq. 

"Euronews"un məlumatına görə, "təməl gəlir"in cazibəsinə qapılanların kəndə axın etməsinin qarşısını almaq üçün də tədbir görülüb. Belə ki, layihədə ancaq Rheinauya iyuldan öncəyə kimi köçənlər iştirak edə biləcək.

"Təməl gəlir" nə deməkdir?

Bu layihəyə əsasən çalışan, işsiz olan bütün İsveçrə əhalisinə, eləcədə ölkədə 5 illik iş icazəsi olan əcnəbilərə aylıq müəyyən məbləğdə ödənişi nəzərdə tuturdu. Lakin əhali səbəbsiz yerə dövlətdən hər ay pul almaqdan imtina edib. Referenduma qatılanların 78-i "yox" deyib. 

Rheinau
Rheinau