Bu da yeni "iPhone"lar QİYMƏTLƏR

13 Sentyabr, 2018 09:22 | Həyat Tərzi | Baxış sayı: 163
Yeni "iPhone"lar
Yeni "iPhone"lar

"Apple" bir illik fasilədən sonra yeniliklərini təqdim etdi

"Apple" çoxdan gözlənilən yeni "iPhone"ları təqdim etdi. İstiPress-in məlumatına görə, ötən gün smartfonların modellərinin təqdimatı baş tutub. Bunlar iPhone Xs, iPhone Xs Max və iPhone Xr-dir.

iPhone Xs və iPhone Xs Max-ın ekranı 5,8 - 6,5 düyümdür. iPhone Xr modeli "Xs"in daha sadələşdirilmiş modelidir. Smartfon 6,1 düyüm ekranla təhciz edilib. Daha bahalı modellərdən fərqli olaraq bu telefonda bir - 12 meqapikselli əsas kamera var. Onun korpusu alminiumdandır. Qiyməti isə 749 dollardan başlayır (64 gb).

iPhone XS qiyməti 999, XS Max-ın isə 1099 dollardan başlayır. Rəng seçimləri - ağ, qara, mavi, koral, sarı arasında dəyişir. 

Nəhayət ki, Phone Xs elektron sim kartla təmin edilib. Bu isə Dual-SIM ximdətindən istifadə və eyni telefonda fərqli tariflərə qoşulmaq imkanı deməkdir. Smartfonların maksimal yaddaşı 512 GB-dır.

Ötən gün "Apple Watch"ın da yeni seriyası nümayiş etdirilib.