Kosmosa gediş-dönüş biletinin qiyməti bəlli oldu

13 İyun, 2019 11:25 | Həyat Tərzi | Baxış sayı: 110
Kosmos
Kosmos

Turizm proqramı gələn ildən başlayacaq

Beynəlxalq Kosmik Agentlik qapılarını turistlərin üzünə açmağa hazırlaşır. 2020-ci ildən etibarən kosmosa gediş-gəliş mümkün olacaq. NASA gələn ildən etibarən qapıların “30 günə qədər xüsusi astronom missiyalarına” açılacağını elan edib.

İldə uzağı iki özəl səyahət təşkil ediləcək. Kosmosa getmək istəyənlər isə on milyonlarla dollarından keçməli olacaq.

“Bigelow Aerospace”nin rəhbəri Robert Bigelov turistlərin adambaşına 52 milyon dolar ödəyərək səfərə çıxa biləcəklərini deyib. "SpaceX'in “Falcon 9” raketi və “Crew Dragon” kapsulunun NASA-dan lazimi sertifaklar almağı lazımdır. Bu müddət bitdikdən sonra turizm proqramı başlayacaq”.

NASA, “Roscosmos”, ESA, CSA və Yaponiya Kosmik Araşdırma agentliyi – JAXA-nın ortaq çalışdığı Beynəlxalq Kosmik Stansiyada kosmik araşdırmalar və elmi sınaqlar aparılır.