XİN: Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı məhdudiyyət yoxdur

13 May, 2020 17:45 | Həyat Tərzi | Baxış sayı: 257
Turist
Turist

Leyla Abdullayeva açıqladı

“Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri bağlı hər hansı məhdudiyyətlər movcud deyil”.

İstiPress-in məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

“Pandemiya dövründə əgər vətəndaşların gedəcəyi ölkələrdə onların qəbul edilməsinə məhdudiyyətlər yoxdursa, həmin vətəndaşların xarici səfəri təmin olunur”, deyə L.Abdullayeva deyib.