Yeni "iPhone"lar necə olacaq?

13 May, 2019 17:16 | Həyat Tərzi | Baxış sayı: 89
Apple şirkətinin smartfonu
Apple şirkətinin smartfonu

Payızda təqdim ediləcək smatrfonların bəzi detalları üzə çıxıb

"Apple"nin yeni smartfonları haqqında bəzi detallar üzə çıxıb. "Bloomberg" təqdimatı hələ bir neçə ay sonraya planlaşdırılan yeniliklərin bəzi texniki xarakteristikasını əldə edib.

"iPhone XS", "iPhone XS Max" və "iPhone XR"in davamçıları bu ilin payızında təqdim olunacaq. Yeni smartfonlar A13 prosessoru ilə təhciz edilməlidir. O hələ aprel ayında testdən keçirilib. Maydan isə kütləvi istehsal başlayacaq.

Xarici görünüşdə isə dəyişiklər gözlənilmir. Ancaq yeni "iPhone XS" və "iPhone XS Max" sələflərindən 1,5 mm daha qalın olacaq. Bundan başqa kamera sistemi də mükəmməlləşdiriləcək. "iPhone XS" və "iPhone XS Max"ın yeni versiyası 3-cü əsas kamera ilə təmin olunacaq. "iPhone XR" isə optik zumu dəstəkləyən ikinci kameraya qovuşasaq. 

Hər üçün telefon naqilsiz enerji yığa biləcək. Bu sayədə yeni "AirPods"ları da enerji ilə təmin etmək mümkün olacaq.