Bunlar sizi arıqladacaq

13 May, 2017 10:42 | Həyat Tərzi | Baxış sayı: 154
Pəhriz
Pəhriz

Yağları əritməyin yolları

Artıq yağları əritmək və itirilən kiloları yenidən geri almamaq üçün bir necə asan yolu var.

Səhər yumurta yeyin - Yumurta protein qaynağıdır və uzun müddət tox qalmağa kömək edir. Ən yaxşısı isə soyutma və yaxşı bişmiş yumurtadır. 

Yaşıl çay - yağ yandırılmasını sürətləndirir, orqanizmi toksiki maddələrdən təmizləyir.

Qəhvədən istifadə edin  -  metabolizmanı sürətləndirir. 

Bol su - yeməkdən azı yarım saat öncə yarım litr su metabolizmanı sürətləndirir, yağ yandırılmasına yol açır. 

Ara yeməklər - ancaq sağlam qidalardan ibarət olmalıdır. Məsələn, xiyar, kahı, ayran, qatıq və sairə. 

Çox və uzun çeynəyin - hər loxmanı ən azı 25-30 dəfə çeynəyin. Bu yemək müddətini uzadır, qəbul edilən qidanın miqdarını azaldır.

Acıya dözün -  acı bibərin tərkibindəki maddələr metabolizmanı sürətləndirir.

Kiçik boşqab - bu sizə daha az yeməyə kömək edəcək. Nəticədə isə çəkiniz azalacaq.

Proteini çoxaldın -  ət,balıq, süd, yumurta kimi məhsulları rasiondan əksik etməyin. 

Şəkəri silin -  çayı, qəhvəni şəkərsiz içməyə çalışın. Şirniyyatdan isə ümumiyyətlə imtina etsəniz yaxşı olar.

İşlənmiş qidadan qaçın - təbii məhsulların tərkibi vitamin və minerallarla zəngindir. Bunlar daha az kalori sürətli metabolizma və uzun müddətli toxluq mənasına gəlir. 

Badam yeyin - əl altında mütləq olması gərəkən çərəzdir. Kalsiumla bol olduğu üçün uzun müddət tox saxlayır. 

Səhər yeməyini ötürməyin. Axşamlar tez yeyin. Karbohidratları proteinlə birlikdə qəbul edin. 

Yağı sıfırlamayın - bu qidanı menyudan çıxarmaqla tox qalmaq çox çətindir. Yağsız yeməklər tez acdırır.

Hər gün gəzin. Ən azı 7500 addım atmağa çalışın. Gəzməklə bağlı probleminiz varsa, bu idmanı üzməklə əvəz edin. Olduğunuz hər yerdə oturub durmaqla fiziki hərəkət edin. Artıq yaydır və velosiped minmək sizi sağlam və daha incə edə bilər. 

Hər həftə azı bir dəfə tərəziyə çıxın, ayda bir dəfə bel diametrinizi (kişilərdə maksimum 100, qadınlarda 88 sm olmalıdır) ölçün.  İldə bir dəfə qan şəkəri, insulin testindən keçin. 

Pəhriz
Pəhriz