Rusiyanı raketlə hədələyən prezidentin təzə uşağı ortaya çıxdı

13 Aprel, 2018 10:55 | Həyat Tərzi | Baxış sayı: 184
Körpə
Körpə

Körpə onun xadiməsindəndir

Dünyanı müharibə qorxusunda saxlayan ABŞ prezidenti Donald Trampın yeni körpəsi doğulub. Lakin prezident nikahdankənar uşağını hər kəsdən gizlədir. İstiPress-in məlumatına görə, bu iddianı "New York Post" qəzeti yayaıb. İddiaya görə, uşağın anası onun evində çalışan xanımlardan biridir. 

Məlumata görə, bu xəbəri onun keçmiş qapıçılarından biri yayıb. Guya o bu xəbərə görə, nəşrdən 30 min dollar pul tələb edib. 

Dino Saculin adlı qapıçı deyib ki, "Trump World Tower"də çalışdığı vaxtlarda ona Trampla əlaqəsi olan, ondan övladını doğan xadimələrdən birinin işini tənqid etməmək tapşırılıb.  

Xatırladaq ki, bu son günlərdə ABŞ prezidenti ilə bağlı yayılan son qalmaqallı məlumat deyil. Prezidentin porno ulduzla əlaqəsi də uzun müddətdir ki, ölkə gündəmindədir.