Prezidentin 15 milyonluq "canavar"ı FOTO

13 Aprel, 2018 12:50 | Həyat Tərzi | Baxış sayı: 434
"Canavar"
"Canavar"

Maşın ballistik raket, kimyəvi silaha qarşı davamlıdır

Dünyaya müharibə qorxusu yayan ABŞ prezidenti Donald Trampın yeni limuzinin görüntüləri yayılıb. İstiPress-in məlumatına görə, maşın test yürüşünı başlayıb. 

"Canavar" adlı "Cadillac" təhlükəsizlik səbəbi ilə texniki özəllikləri açıqlanmayıb. Limuzinin bu yaya xidmətə veriləcəyi gözlənilir. 

"General Motors"un hazırladığı super lüks maşının texniki detallarını gizləmək üçün kamuflyaj olunub. Zirehli avtomobil 15,8 milyon dollar qarşılığında özəl olaraq hazırlanıb.

"Canavar" nəinki gülləyə, hətta balisstik raketlərə, bombalar, kimyəvi və bioloji silahlara  qarşı belə davamlıdır. Burada həmçinin həyatda qalmaq üçün bütün imkanlar - süni nəfəs aparataı, qan ehtiyatı da var. 

Maşın dizaynına görə, "Cadillac"ın "CT6 Sedan" modelinə bənzəyir. Xatırladaq ki, ABŞ prezidentlərinin limuzinləri 1993-cü ildən "Cadillac" istehsal edir.