Dünən İlham Əliyevin açdığı məsciddə ilk cümə namazı qılındı

13 Aprel, 2018 17:24 | Həyat Tərzi | Baxış sayı: 171
Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı
Hacı Cavad Məscidində ilk izdihamlı namaz qılındı

Dünən Azərbaycan prezidenti İlham Əliyevin açılışını etdiyi Hacı Cavad məscidində bu gün ilk namaz qılınıb. 

İstiPress-in məlumatına görə, zöhr namazı məscidin köməkçi axundu Ceyhun Cəfərovun pişnamazlığı ilə qılınıb.

500 nəfər üçün nəzərdə tutulan məscid tam dolu olub. 

Namazdan sonra məscidin axundu Hacı Əhliman Rüstəmov cümə moizəsi oxuyub.