Çin Ayda kartof əkəcək

13 Aprel, 2018 09:30 | Həyat Tərzi | Baxış sayı: 184
Kartof əkimi
Kartof əkimi

Gələn il toxumlar kosmosa göndəriləcək

Çinlilər Ayda kartof əkmək istəyirlər. İstiPress-in məlumatına görə, çinli araşdımaçılar Yerin peykində məhsul almaq niyyətindədirlər. Bu "Ay mikrobiosferi" adlı proqramın bir hissəsidir. Kartof və başqa bitkilərin toxumları xüsusi kapsullarla, "Çante-4" aparatın köməyi ilə kosmosa çıxarılacaq. 

Adıçəkilən proqrama 200 missiya daxildir. "Çante-4" adlanan aparat Ayın qaranlıq tərəfinə göndəriləcək. Bu isə gələn il baş tutumalıdır. Missiya iki hissəli olacaq. Əvvəlcə adıçəkilən hissəyə peyk çıxarılacaq. O, yerlə əlaqəni təmin etməlidir. Sonra isə araşdırma zondu qurulacaq.

Əkin və yetişmə prosesi xüsusi videokameralarla nəzarətdə saxlanılacaq. 

Xatırladaq ki, bu çinlilərin Ayıla bağlı ilk qəribə layihəsi deyil. Mart ayında Çin 2025-ci ilə Ayda "robo-baza" qurmaq istədiyini açıqlayıb. İlk əvvəl bu pilotsuz layihə olacaq və robotların, süni intelektin köməyi ilə idarə ediləcək. Daha sonra isə insanın Aya çıxarılması planlaşdırılır.