Virusdan qorunmaq üçün bunları yeyin SİYAHI

13 Mart, 2020 11:15 | Həyat Tərzi | Baxış sayı: 613
Bibər
Bibər

Siyahını ispaniyalı mütəxəssislər hazırlayıblar

Koronavirusun dünyanı çənginə aldığı dövrdə ispaniyalı alimlər  virusdan qorunmağın ən sadə yollarını açıqlayıblar. Bu məhsullar immun sistemini gücləndirməyə kömək edir. Bu isə öz növbəsində xəstəliklərdən uzaq qalmağımıza səbəb olur.

Siyahıya 10 məhsulun adı daxil edilib. Onlar aşağıdakılardır: 

– Sarımsaq

– Badam 

– Qaragilə 

– Təbbi ev toyuğundan bulyon 

– Brokolli 

- Sitrus meyvələri

- Şokolad

- Göbələk 

Bu siyahıya mütəxəssislər sarıkök və zəncəfilin də adını salıblar. Ən yaxşı süd məhsulu kimi isə qatıq seçilib. 

Bundan başqa həkimlər nar, kivi, bolqar bibəri, ispanaq kimi məhsulları da süfrədən əksik etməməyi məsləhət görürlər. 

Antioksidantlarla zəngin yaşıl çay da immun sistemini gücləndirməyə kömək edir.