Azərbaycanda uşaqların ölümünə səbəb ola biləcək oyuncaq

13 Mart, 2018 15:55 | Həyat Tərzi | Baxış sayı: 390
Stres çarxı
Stres çarxı

Avropa İttifaqı bu oyuncağı "təhlükəli mallar" siyahısına saldı

Son iki ildə dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da sürətlə yayılan "stres çarxı"nın adını Avropa İttifaqı "qara siyahı"ya salıb. İstiPress-in məlumatına görə, oyuncaq təhlükəli məhsullar sırasına salınıb.

"Qidadan başqa təhlükəli məhsullar üçün xəbərdarlıq" hesabatında bu qeyd edilib. Hesabatda bu çarxların uşaqların sağlamlığını ciddi şəkildə təhdid etdiyi bildirilib. 

Xəbərdarlıqda qeyd edilir ki, bu çarxın hazırlanmasında istifadə edilən süni maddələr udularsa yemək borusu, bağırsaqlarda yanma ola bilər. Bundan başqa oyuncağın asanlıqla çıxarıla bilən xırda detalları var. Bu da ən böyük təhlükə mənbəyidir. 

Hesabatda qeyd edilir ki, quruma üzv ölkələr bu məsələ ilə bağlı məlumat paylaşımı ediblər. "Təhlükəli stres çarxlarının müəyyən edilib, ölkə sərhədlərindən daxil olması, onların zərərsizləşdirilməsi üçün gərəkli məlumatlar sürətlə paylaşılıb".