Xərçəng savaşçısı - "narıncılar"ın ən balacası FOTO

13 Fevral, 2020 14:07 | Həyat Tərzi | Baxış sayı: 165
Kinkan
Kinkan

Azərbaycanda yayılan bu meyvənin saysız faydalarını bilirsiniz?

Kinkan - vətəni Hindistan və Çin olan bu meyvə son bir neçə ildə Azərbaycanda da geniş yayılıb. Lakin onun faydaları haqqında çoxlarının məlumatı yoxdur. Ölkəmizdə bu balaca meyvə əsasən təzyiq xəstəliyindən əziyyət çəkənlərin dərmanı kimi tanınır. Amma narıncı meyvələr nəslinin ən kiçiyi olan kinkanın faydaları saymaqla tükənmir.

İstiPress bu gün "narıncıların" bir udumluq qiymətlisinin faydaları ilə oxucularını tanış edəcək.

Adıçəkilən meyvənin bu qədər şəfalı olmasının səbəbi onun qabıqla birlikdə qəbul edilməsindədir. Qabıqlı meyvə yeyə bilməyənlər isə onun başını kəsərək şirəsini içə bilərlər. Kinkandan həm meyvə kimi, həm salatlarda, həm də şirniyyatlarda bol-bol istifadə etmək olar. Bu məshulun mürəbbəsi belə faydalıdır. 

Güclü antioksidantdır 
Tərkibi  C vitamini ilə zəngindir. Berqamot ətirli kinkan bunun üçün də qrip, soyuqlama, zökəm kimi xəstəliklə mübarizə üçün əla təbii vasitədir. Tənəffüs yolları infeksiyalarından bədəni qoruyur. İmmun sistemi zəif, asanlıqla xəstələnən şəxslərin bol-bol istifadəsi msələhətdir. 

Həzmi asanlaşdırır 
Mədə bulantısı, iştahsızlıq, həzmsizlik kimi problemlərin həllinə kömək edir. Bundan başqa qəbzlik, köp, ani sancıların da qarşısını almaq üçün təbii vasitədir.

Dərini gözəlləşdirir
Antioksidant və mineral mənbəyi olduğu üçün vaxtsız qırışlar, günəş ləkələri kimi problemlərdən qorunmaq üçün ideal vasitədir. Sızanaq problemlərini də minimuma endirir. 

Xərçəngin düşməni 
Ölçüsü çox balaca olan bu meyvə möcüzəli qida mənbəyi olan flavonoidlərlə boldur. Bunun üçün də anti xərçəng tərkibli hesab edilir. Bu maddələr xəstə hüceyrələrin böyüməsinin qarşısını alırlar. Bu maddələr bədəni mikroblarla savaşmaq üçün qüvvətləndirir. 

Göz sağlığı üçün 
Gözün sağlamlığı üçün A vitaminin nə dərəcədə önəmli olduğunu bilməyən yoxdur. Bu vitaminin ən gözəl qaynağı isə kinkandır. Meyvə gecə görməsini gücləndirir. Kataraktanın yaranmasını gecikdirir.

Sümükləri qoruyur
Süd və süd məhsulları sümük sağlamlığı üçün əvəzedilməzdir. Çünki tərkibində bol miqdarda kalsium var. Amma kalsium mənbəyi ancaq süd deyil. Bu maddə ilə ən zəngin məhsullardan biri də bir dişləklik kinkandır. 

Yaraları sağaldır
Tərkibindəki bol C vitamini sayəsində yaraların maksimal sürətlə sağalmasına kömək edir. C vitamini kolagen ifrazını artırır və sağalma müddətini sürətləndirir. Kolagen önəmli protein olduğu üçün yeni hüceyrələrin yaranmasında da kömək edir.