Dünyanın ən yaşlı kişisi sirrini açdı

13 Fevral, 2020 10:29 | Həyat Tərzi | Baxış sayı: 72
Titetsu Vatanabe
Titetsu Vatanabe

Çox yaşamaq üçün əsəbləşməyin

Dünyanın ən yaşlı kişisi uzunömürlüyün sirrini açıb. Ginnesin Rekordlar kitabına adını yazdırmağı bacaran 112 yaşlı yapon Titetsu Vatanabe uzun yaşanmasını çox gülməsi ilə izah edir. Ahıl kişi heç vaxt əsəbləşmədiyini deyir. 

Yaponiyalı şəxs martın 5-də 1907-ci ildə fermer ailəsində doğulub. Uzun müddət çalışan yapon 1974-cü ildə pensiyaya çıxıb. Oğlu ilə birlikdə şəhərdən kənarda ev tikib və tərəvəz əkməklə məşğul olub. 

Hazırda fəal həyat tərzi keçirə bilməyən Titetsu Vatanabe qocalar evində yaşayır. 

Yaponiya uzunömürlülər ölkəsi hesab edilir. Bundan öncə də dünyanın ən yaşlı kişisi məhz bu ölkədən idi. Dziroemon Kimura 116 il həyat sürüb. Dünyanın ən yaşlı qadını olan yapon Kane Tanakanın isə 114 yaşı var.