İranda daşqın və qar çovğunu - 2 ölü, 5 itkin

13 Fevral, 2019 19:51 | Həyat Tərzi | Baxış sayı: 105
İranda qar
İranda qar

193 şəhər və kənd çətin vəziyyətdədir

İranda baş verən daşqın və qar çovğunu nəticəsində 2 nəfər ölüb, 5 nəfər itkin düşüb.

İstiPress-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.

M.Səliminin sözlərinə görə, 22 vilayətdə - Yəzd, Hörmüzqan, Mərkəzi, Mazandaran, Lorestan, Gülüstan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Sistan və Bəluçestan, Simnan, Xuzistan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam və İsfahan vilayətləri daşqın və qar çovğunu ilə üzləşib.

193 şəhər, kənd və dağlıq ərazidə 12,7 min nəfərə yardım edilib.