Çadır şəhərciyindən çıxıb dünya markası azərbaycanlı

13 Yanvar, 2018 14:05 | Həyat Tərzi | Baxış sayı: 371
Səidə Muradova
Səidə Muradova

Səidə Muradova Nyu-Yorkda öz brendini yaradıb

Çadır şəhərciyində yaşayan azərbaycanlı qız dünyanın ən məşhur modelyerlərindən biri oldu. Söhbət Səidə Muradova adlı həmyerlimizdən gedir. O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Bundan sonra yolu Nyu-Yorka düşüb. ABŞ-da gənc qız özünün "Object & Dawn" bəzək aksessuarları brendini yaradıb.

Azərbaycanlı məcburi köçkünün barəsində racked.com saytında videoreportaj yerləşdirilib. 

Səidə Muradovanın hazırladığı baş bəzək aksessuarları müxtəlif xalqların yerli ənənələri, qədim masai qəbilələrinin əsrlər boyu istifadə etdiyi baş bəzəkləri nümunələrindən də yararlanır.