"Whatsapp"dan vacib yenilik

13 Yanvar, 2017 17:08 | Həyat Tərzi | Baxış sayı: 151
"WhatsApp" yenilik etdi
"WhatsApp" yenilik etdi

Şirkət işciləri bir-biri ilə daha rahat bir üsulda xəbərləşəcək

WhatsApp mesajlaşma tətbiqini müəssisələr üçün də inkişaf etdirir. Məşhur mesajlaşma tətbiqini korporativləşdirmək istəyən şirkət, whatsapp-ın yeni xüsusiyyəti ilə bərabər şirkət işcilərinin bir-biri ilə daha rahat bir üsulda xəbərləşmələrinə imkan tanıyacaq.

İstiPress indianexpress.com-a istinadən xəbər verir ki, whatsApp, "Enterprise” ilə gələn yeni xüsusiyyətlərlə "Slack” və "Microsoft Team”-ə rəqib olaraq böyük zərbə vurmaq istəyir. Hələki beta mərhələsində olan bu xüsusiyyətlə WhatsApp, "Slack”və "Microsoft Team”tətbiqlərinin diqqət çəkən xüsusiyyətlərini istifadəçilərinə  təqdim etməyi hədəfləyir. Beta versiyası ilə birlikdə iş platformasında xüsusi yeniliklər gətirən WhatsApp, şirkət işçilərinin öz aralarında daha rahat və asan bir üsulda əlaqə qurmaları adına əsaslı bir addım atıb. 

Yenilik, əvvəlcə "iOS” istiadəçilərinə beta versiyasında təqdim ediləcək, daha sonra isə "Android” istifadəçiləri üçün istifadəyə verilməsi gözlənilir.