Gündüz yuxusunun ölümcül riski

12 Dekabr, 2019 10:53 | Həyat Tərzi | Baxış sayı: 198
Yatan qadın
Yatan qadın

Gündüz mürgüləmək, gecə çox yatmaq insult riskini artırır

Gündüz yuxusu insult riskini artırır. Belə qənaətə Çinin Xuaçjun Universitetinin mütəxəssiləri gəliblər. Altı il ərzində alimlər on minlərlə insanı müşahidə ediblər. Onların orta yaşı 62 olub. Onlardan heç birinin sağlamlığı ilə bağlı hər hansı ciddi problemi olmayıb, həyatlarında insult keçirməyiblər. 

Bununla yanaşı təcrübədə iştirak edənlərin 8 faizi 90 dəqiqə və ya daha çox yatmağı sevib. 24 faizi isə gecələri normadan daha çox yatıblar. 

Nəticədə belə müəyyən edilib ki, bu respondentlərin xəstəlik keçirmək riskləri 85 faiz daha yüksəkdir. Təcrübə vaxtı da 1557 belə hal qeydə alınıb. 

Mütəxəssislər belə qənaətə gəliblər ki, gecə yuxusu uzun olanlarda xəstəlik riski 23 faiz artır. 7 saat yatanlar isə risk qrupuna daha az meyillidirlər. 

Gündüz yuxusunun təhlükə dərəcəsi isə onun müddətindən asılıdır. Məsələn, 90 dəqiqə və daha artıq yatanlarda insult riski 30-60 dəqiqə yatanlarla müqayisədə 25 faizdən yüksəkdir. Yarım saat yatanlarda isə bu risk daha da azalır. 

Yuxunun keyfiyyəti də sağlamlıq üçün önəmli faktdır. Belə ki, narahat, pis yatanlarda insulta meyillilik 29 faiz artır.