Afrikada fillər kütləvi qırılır - qorxulu VİDEO

12 Noyabr, 2019 11:18 | Həyat Tərzi | Baxış sayı: 201

Görüntülərdə yaşlı və körpə fillərin cəsədləri doludur

Şiddətli quraqlıq və iqtisadi böhranla mübarizə aparan Zimbabvedə  son 2 ayda susuz qalan və kifayət qədər qidalanmayan 105 fil tələf olub.

İstiPress-in "Zvezda"ya istinadən məlumatına görə,  Xvanqe milli parkında çəkilmiş görüntülərdə yaşlı və körpə fillərin cəsədləri görünür. 

Zimbabvenin təbii parkları idarəsinin rəhbəri Tinaşe Faravo əmindir ki, fillər say artıqlığı üzündən qırılır. "1930-cu illərdə yaradılmış bu parkda 15 min filə qulluq edilməli idi, indi biz 45-50 mindən çox heyvandan danışırıq", - deyə Faravo bildirib.

Onun sözlərinə görə, hazırda milli parkların işçiləri quyu qazaraq su tapmağa çalışırlar. 

85 min fili olan Botsvanadan sonra dünyada ən çox fili olan Zimbabvenin təbii parklarından biri "Mana Pools" Milli Parkında isə iki gölməçə tamamilə quruyub.

Fillərlə yanaşı zebra, su ayqırı, impala və bufalo kimi çeşidli heyvanlara ev sahibliyi edən milli parklarda tək ümid yaxın zamanda yağacaq mövsümi yağışlardır.