Alimlər yavaş gəzməyin ziyanını tapdılar

12 Oktyabr, 2019 16:00 | Həyat Tərzi | Baxış sayı: 276
Yürüyüş
Yürüyüş

Beyin vaxtından tez qocalır

Asta formada gəzmək beynin daha erkən yaşlanması ilə bağlıdır. Şimali Karolinadakı Dyuka universitetinin alimləri belə nəticəyə gəliblər. 

Araşdırmada Yeni Zellandiyadan olan yüzlərlə insan iştirak edib. Test zamanı onların 45 yaşları tamam olub. Könüllülərin sağlamlıqları 3 yaşlarından həkimlərin nəzarətində olub.

Demək olar ki, bütün həyatları boyu onlar haqqında informasiyanın toplanması mütəxəssislərin işini asanlaşdırıb. Nəticədə bəlli olub ki, zəif intelekt və dil biliklərinə, motorikasının pis inkişafına malik şəxslər orta yaşda daha yavaş gəzirlər. 

Bundan başqa onların MRT-ləri də çəkilib və müəyyn edilib ki, yavaş gəzən şəxslərin beyin ölçüləri, eləcə də yarımkürələrdəki qırışların sayı azdır. Onlarda damar xəstəlikləri göstəriciləri daha yüksək idi. Ləng yürüyüşlər edənlərin görünüşü də sürətli şəkildə gəzənlərdən fərqli olub. Fotolarına baxan insanlar yavaş gəzən şəxslərin daha yaşlı göründüklərini deyiblər. 

Bütün bunlar isə beynin vaxtından öncə yaşlanmasını göstərən amillər hesab edilir.