Dünyanın gözü bu toydadır FOTOLAR

12 Oktyabr, 2018 15:36 | Həyat Tərzi | Baxış sayı: 182
Toy
Toy

Kraliçanın 3 uşaq anası olan gəlini bu dəfə hamını təəccübləndirdi

Bir neçə aylıq fasilədən sonra kral ailəsində bu gün yenidən toy var. Bu dəfə Kraliça II Yelizavetanın qız nəvəsi ərə gedir. Söhbət şahzadə Yevqeniya Yorkskayadan gedir. Yevgeniya Yelizavetanın oğlu şahzadə Endryunin qızıdır. 28 yaşlı şahzadə bacısı Beatrisdən sonra taxt-taca iddialı doqquzuncu şəxsdir. 

Toyun rəsmi hissəsi Vindsordakı kilsədə başlayıb. Dəvət edilən qonaqlar arasında kral ailəsinin daima maraq doğuran üzvləri ilə yanaşı məşhur simalar da var. Sərt külək qonaqlara çətin anlar yaşatsa da, kilsənin önü ulduz keçidinə bənzəyib. 

Mərasimin ən çox maraq doğuran siması isə şübhəsiz ki, Yelizavettanın gəlinləri olub. Xüsusi ilə böyük gəlini Keyt Midelton. Bu dəfə Midelton öz ənənəsini pozub. O, toya parlaq rəngli geyimdə qatılıb. Hətta bacısı Pippanın, qaynı Harrinin toylarında belə neytral rəngli geyimlər seçən hersoginiyanın bu dəfəki seçimi maraq doğurub. O, favoriti olan "Alexander McQueen" kolleksiyasına müraciət edib. 

May ayında kral ailəsinə daxil olan Megan Markl isə hər zamankı kimi tünd rəngli geyimə üstünlük verib. Onun seçimi "Givenchy" olub. 

Kraliçanın nəvəzinin gəlinliyi də görənləri heyrətləndirib. Bu günə qədər Yevgeniyanın gəlinlik seçimi ilə bağlı çox sayda təxmin olub. O, "Peter Pilotto" dizaynı olan uzun şleyfli sadə kəsim gəlinlik seçib. Fatasız olması da diqqətdən qaçmayıb. Şahzadənin obrazını yaşıl qaşlarla bəzədilən tacı tamamlayıb.