Morqda işləyən qadın elə bir canlı ilə evləndi ki...

12 Oktyabr, 2017 10:05 | Həyat Tərzi | Baxış sayı: 185
Vilhelmina
Vilhelmina

Bu "toydan" sonra yaxınları qadını dəli hesab edib

43 yaşlı subay qadın öz iti ilə nikaha daxil olub. İstiPress-in məlumatına görə, bu qəribə hadisə Şimali İrlandiyada baş verib.

43 yaşlı Vilhelmina Morgan Kallagan morda çalışır. O, "əri" dediyi itə 8 il öncə sahib olub. Dostundan aldığı itin sadiqliyi onu o qədər heyrətləndirib ki, qadın onunla "ailə qurağa" qərar verib. 

Ətrafında olanlar onun bu əməlini dəlilik adlandırsa da, bu qadını bir o qədər də narahat etmir. Vilhelmina ''King'' (kral) adı verdiyi iti ilə xoşbəxt olduğunu iddia edir. 

Onun sözlərinə görə, ən çətin zamanlarında - işini itirəndə, evini su basanda belə iti onu yalnız qoymayıb. 

"Ərindən"başqa daha 11 iti olan qadın İngiltərədə qanuni olduğu üçün nikahı haqqında rəsmi sənəd ala bilib. 

Xatırladaq ki, Vilhelmina  heyvanla ailə quran ilk qadın deyil. İngiltərədə daha öncədə 7 illik əri ölən bir qadın pişiyi, başqa bir qadın isə əvvəl iti, sonra pişiyi ilə "ailə" qurub.