Alimlər şokda - Azərbaycan boyda dəlik

12 Oktyabr, 2017 11:50 | Həyat Tərzi | Baxış sayı: 865
Buzlaqlar
Buzlaqlar

Antraktida buzlarının ortasında qorxuya salan görüntü

Günəşdəki aktivlik Yer kürəsinə öz mənfi təsirlərini göstərməyə başlayıb. İstiPress-in məlumatına görə, Antartikakı buzlaqlarda nəhəng dəlik əmələ gəlib. Bu dəliyin ölçüsü isə nə az, nə çox, düz Azərbaycan böyüklüyündədir. 

Kanadanın Toronto universitetinin fikiza üzrə professoru Kent Murun sözlərinə görə, dəlik buzlaqların tən ortasındadır. Adətən belə dəliklər buzlaqların kənarlarında müşahidə edilirdi. Ancaq bu dəfə Azərbaycan boyda dəlik buzun kənarlarından yüzlərlə km aralıda meydana gəlib.

Bu hadisənin qlobal istiləşmə ilə bağlı olduğu ehtimal edilsə də, alimlər dəliyi iqlim dəyişikliyi ilə əlaqələndirməyə hələ tələsmirlər. “Əgər peykimiz olmasa ümumiyyətlə bu dəliyin orada olmasından xəbərsiz olacaqdıq".

Alimin sözlərinə görə, bənzər hadisə eyni bölgədə 1970-ci ildə də baş verib. Lakin o zaman elm adamları vəsait yetərsizliyindən onun səbəbləri barədə araşdırma apara bilməyiblər.

İndi Mur və həmkarları bütün texniki avadanlıqlardan istifadə edərək araşdırmaya başlamaq niyyətindədirlər.