Kişilərin qadınlardan eşitmək istədiyi sözlər SİYAHI

12 Sentyabr, 2019 12:44 | Həyat Tərzi | Baxış sayı: 185
Cütlük
Cütlük

Onlar bu sözləri deməyi yox, eşitməyi sevirlər

Kişilər özləri qayğı, diqqət göstərməyə çox meyilli olmasalar da, qarşı cinsdən bunu görməyi sevirlər. Onların hər zaman daha az istifadə etdikləri, lakin duymağı çox istədikləri cümlələr- sözlər vardır. Bəs onlar hansılardır? 

"Səninlə olduğum üçün çox şanslıyam" - sizi xöşbəxt etdikləri üçün özləri ilə qürur duyacaqlar. 

"Sən çox güclüsən" -  idman salonlarında az və ya heç vaxt keçirməsə belə bunu eşitmək onlara xoş təsir bağışlayacaq. Kişilərə bəzən ilham vermək çox önəmlidir. Bu onlar üçün motivasiya olacaq. 

"Mənə üçün etdiyin hər şeyə görə təşəkkür edirəm" - təqdir etmək önəmlidir. Onun cəhdlərini tərifləməklə özünü daha yaxşı hiss etməsinə, həm də daha çox çalışmasına yol aça bilərsiz. 

"Təəssüf edirəm"- peşmanlığınızı dilə gətirməkdən utanmayın. Bu sağlam münasibətlərin təməlidir. Səmimiyyətiniz onun da sizə qarşı pozitiv addım atmasına səbəb olacaq. 

"Sənə güvənirəm" - bənzər duyğuları açıqlamaq münasibətlərinizi daha yaxşı səviyyəyə çıxaracaq və onun üzərində daha çox çalışmasına şərait yaradacaq. 

"Kaş ki burada olsaydın" - önəmli biri olduğunu hiss etmək hamı üçün vacibdir. Özləm hissi bəzən insanları xoşbəxt də edə bilir. 

"Bacaracağını bilirəm" - kişilər işlərə nəzarəti əllərində saxlamaq istəyirlər. Məslətəh, tövsiyyə almaqdan çox da xoşlanmırlar. Belə olan halda ona qarşı çıxmaq əvəzinə bir az geridə dayanaraq, bənzər cümlələrlə motivasiya verin. Güvən hissi onun daha düşünülmüş addım atmasına kömək olacaq.