Dünyanın ən məşhur geyimi

12 Sentyabr, 2019 11:57 | Həyat Tərzi | Baxış sayı: 86
Alış-veriş
Alış-veriş

Kim nə alır?

Dünyanın ən müxtəlif ölkələrində alıcılar ən çox hansı geyimi alırlar? Xüsusi platformalardan olan "Lyst" bunu müəyyən edib.  Ekspertlər axtarışlara aəsasən xüsusi reytinq hazırlayıblar. 

Bəlli olub ki, italiyalılar hər şeydən çox bel çantası almağı sevirlər. Danimarkalı qadınlar Skandinaviya brendlərini sevirlər. Ən çox aldıqları isə mini güllü donlar, neylon çantalar və parça krasovkalardır. İspanlar animasiya printli məhsulları almağa üstünlük verirlər - yaşıl geyimlər və qırmızı ayaqqabılar. 

Azərbaycanın şimal qonşusu Rusiyada isə alıcıların ən çox aldıqları kəmər, krosovka, idman şalvarı, papaqlı üst geyimi və dəri gödəkçədir. 

Ümumiyyətlə hazırda bir çox ölkələrdə idman ayaqqabıları alıcıların ən çox müraciət etdiyi məhsuldur.