Bu payız hamıda olacaq 5 dəbli geyim FOTOLAR

12 Sentyabr, 2018 13:48 | Həyat Tərzi | Baxış sayı: 172
Dəb
Dəb

Qarderobu payız məhsulları ilə yeniləyən zaman bunları nəzərə almağı unutmayın

Payız artıq öz nəfəsini hiss etdirir. Demək qarderobumuzu yeniləməyin əsl vaxtıdır. Bəs bu mövsümdə nə dəbdə olacaq? Seçim edərkən nəyə diqqət edək? İstiPress bu payız hər kəsin qarderobunda xüsusi diqqət ayırmalı olduğu 5 məhsulu təqdim edir. Bunlar da son zamanların əsas dəb yenilikləri kimi keçmişdən qayıdışdır desək yanılmarıq.  

Dəsmal materiallı əşyalar 

Üzərində zəncirvari printlər olan donlar, ətəklər, hətta şalvarlar da dəbin əsas trendlərindəndir. Hətta dünya şöhrətli modelyerlərin kolleksiyasında da bu detallar əks edilib. Fərqlilik istəyirsinizsə vitaj köynəklər seçin. Brend olmasalar da olar. Unudulmaz variant isə şəkilli köynək, bir tonlu kişi stilində jaket və göy cinslərdir. Şalvarı mat dəridən olan materialla da əvəz etmək mümkündür. 

Dəri palto 

Klassik palto və plaşları əvəz edə biləcək daha orjinal seçimdir. Ən yaxşısı isə butılka üslubunda olan yaşıl, bordo, qara və ya qəhvəyi rənglərdir. Ancaq seçimlərinizi təbii dəridən yana istifadə edin. Çünki keyfiyyət hər zaman özünü biruzə verir. 

Dərin kəsimli bluzlar

1970-ci illər, Nyu-York klub stili müntəzəm olaraq geri qayıdır. Bu il bu qayıdış özünü daha çox köynəklər - bluzlarda ifadə edir. Boş modellər, dərin kəsim həm seksual, həm də dəbli görüntüyə zəmanət verir. Həddi aşmamaq üçün yüngül və şəffaf olmayan modellər seçin. İdeal variant - bluz bodidir. Belə bluzları daha sakit olan altla kombin etmək məsləhətdir. Məsələn, dekorsuz, söküksüz cinslə, qara parça şalvar və ya hündürbel ətəklə.

Enli boğazlı çəkmə 

Ayağa kip oturan ayaqqabıları bu il enli "sapojki"lər əvəz edəcək. Bu da bizə 70-ci illəri xatırladır. Belə ayaqqabıların azı 7-8 sm dabanı olmalıdır. Eyni boğaz çəkmələr daha çox midi kəsim ətəklərlə, uçuşan parçadan olan donlarla kombin edilir. 

"Lady like" çantalar

Yeni sezonda dizaynerlər daha lokonik, klassik variantlara üstünlük veriblər. Minimum detal, dekor. "Lady like" çantalar nəinki ofis üçün, həm də qeyri-rəsmi tədbirlər üçün əla seçimdir. Çanta seçərkən materialına fikir verin. Onlar keyfiyyətli mat dəridən olmalıdır. Belə aksesuarlar kişi stilində olan geyim üslubları ilə daha yaxşı görünür. Məsələn, klassik kostyum, sadə kaşemir jaket və s.