Bu gün "iPhone X"in qiyməti düşə bilər

12 Sentyabr, 2018 12:01 | Həyat Tərzi | Baxış sayı: 95
iPhone
iPhone

"Apple" yeni smartfonlarını təqdim etməyə hazırlaşır

Bu gün texnoloji yenilikləri sevən, onları addımba-addım izləyənlərin çoxdan gözlədiyi gündür. Belə ki, "Apple" uzun müddətli fasilədən sonra yeni smartfonunu təqdim edəcək.

Hələlik yeni "iPhone"nin adı və texniki parametrləri açıqlanmayıb. Ancaq yeniliklərin "iPhone XS", "XS Plus" və "iPhone XC" adlanacağı istisna edilmir. 

Smartfonların ekran ölçüləri  5,8, 6,5 və 6,1 düym aralığında olacaq. Qadcetin qızılı rəng çalarlarında olacağı gözlənilir. 

Ehtimala görə, yeni modellərin ən ucuzu 699 dollar olacaq. Digər modellrədə isə bu qiymət 900-1000 dollar aralığında dəyişməlidir.

Bu ərəfədə Cənubi Koreyanın "iPhone" və "iPad"ın bəzi modellərinin ölkədə satışını qadağan edə biləcəyi açıqlanıb. Buna səbəb isə patent qanunvericiliyinin pozulmasıdır. 

Söhbət isə "iPhone 8", "iPhone 8 Plus", "iPhone X", "iPad Pro"dan gedir.