iPhone-sevərlərin diqqətinə - FOTO

12 Sentyabr, 2017 13:40 | Həyat Tərzi | Baxış sayı: 151
Iphone 8
Iphone 8

Bu axşam "iPhone"nun yeni modeli təqdim olunacaq

Bu gün "iPhone"nun yeni modeli təqdim olunacaq.

Təqdimat Kaliforniyada baş tutacaq. Tədbir saat 10-da başlayacaq. Bu il "Apple" mobil qurğularının onillik yubileyi tamam olur. Buna görə də, yeni "iPhone" modeli ilə bağlı müxtəlif iddialar var. Yeni model mediada, əsasən, "iPhone" 8 kimi tanıdılsa da, əslində, böyük ehtimalla smartfon "iPhone 7s" adlandırılacaq. Lakin bu il "Apple"nin 10 illiyinə görə yeni modelin "iPhone X" olması ilə bağlı şayiələr də var.

Təqdimatda smartfonların yeni modelləri ilə yanaşı İOS 11 platforması və yeni  Apple Watch 3-də təqdim olunacaq.

"Telegraph" nəşrinin məlumatına görə, bu gün təqdim ediləcək yeni "iPhone" modeli "Apple" smartfonları arasında ən bahalısı olacaq, onun ən sadə versiyasının qiyməti isə min dollar təşkil edəcək. Bununla yanaşı, "iPhone 7s" və "7s Plus" modelləri müvafiq olaraq 782 və 938 dollaradək ucuzlaşacaq.

"iPhone 8" bir neçə rəng variantında - qara, ağ və mis və ya çəhrayı-qızılı rəngdə buraxılacaq. Yeni qurğunun bütün üst paneli əhatə edən ekran, infraqırmızı skanerə malik sifətin tanınması proqramı və üçölçülü (3D) kamera ilə təchiz ediləcəyi gözlənilir.//"Milli.az"