Ermənilərin QİÇS yarasız dərmanı

12 Sentyabr, 2017 11:55 | Həyat Tərzi | Baxış sayı: 100
"Armenikum"
"Armenikum"

Dərmanla bağlı qalmaqal parlamentə də sıçradı

Ermənistanda QİÇS-in müalicəsində istifadə etdiklərini idda etdikləri dərman preparatı ilə bağlı qalmaqal səngimək bilmir. İstiPress-in məlumatına görə, bu müzakirələr parlamentə də sıçrayıb. Bu qorxulu xəstəlikdən əziyyət çəkən minlərlə insan artıq satışdan milyonlar qazanan dərman istehsalçıları tərəfindən aldadılıblar. 

"Armenikum" preparatı QİÇS-i müalicə etmir, sadəcə güclü immunstimullaşdırıcıdır". Ölkənin səhiyyə nazirinin müavini Sergey Xaçataryan "Çıxış" blokunun üzvüolan Nikolay Paşinyanın sualına belə cavab verib. 

90-cı illərin sonunda adıçəkilən preparatın peyda olması böyük səs-küyə səbəb olmuşdu. Çünki ölkə rəhbərliyi QİÇS dərdinə çarə tapdıqlarını elan etmişdi. "Belə olsa dərmanı alıb, tez sağalamaq üçün gərək xaricdə erməni səfirlikləri adamlarla səhərdən axşama kimi dolu olardı.  Amma Ermənistanda QİÇS-dən əziyyət çəkənlər az adamı maraqlandırır", deyə paşinyan istehza ilə bildirib. 

Nazir müavini isə deyib ki,  preparat immunitetei gücləndirir, bunun üçün də adıçəkilən xəstəliyin müalicəsin güclü dərmandır. "QİÇS-in dərmanı kim isə ona görə qəbul edilməyib ki, 1998-ci ildə kliniki araşdırmalar lazımi səviyyədə aparılmayıb". 

20 ildə yenidən bu araşdırmaları aparmağa nəyin mane olması barədə suala isə nazir müavini sükutla cavab verib.