Bakıda ayaqqabı festivalı başlayır

12 Sentyabr, 2017 10:35 | Həyat Tərzi | Baxış sayı: 103
Ayaqqabı sərgisi
Ayaqqabı sərgisi

Sərgidə 20-dən artıq ölkənin məhsulları olacaq

Bakıda ayaqqabı sərgisi olacaq. İstiPress-in məlumatına görə, "Baku Expo Centr"də 23–25 sentyabr tarixlərində ixtisaslaşmış "SHOESSTAR-Yaxın Şərq" sərgisi keçiriləcək. Bu barədə İnvestisiyaların Təşviqi Fondundan məlumat verilib. 

"SHOESSTAR" - regionlarda biznesin inkişafı üçün yeganə beynəlxlaq sərgidir. Hər il 24 ölkədən 250-dən artıq ticari marka sərgidə ayaqqabı, çanta, aksesuarlar, çətir, ayaqqabıya qulluq vasitələri kimi məhsullarını sərgiyə çıxarır. 

Məhsullar isə Almaniya, Çin, Polşa, Türkiyə, Finlandiya, Fransa, Portuqaliya, İspaniya, Rusiya və s. ölkələrdən gətirilir.