Azərbaycanlı gənc Türkiyədə dənizdə boğuldu - FOTO

12 Avqust, 2019 16:35 | Həyat Tərzi | Baxış sayı: 164
Alanyada çimərlik
Alanyada çimərlik

Dostları ilə birlikdə dənizə çimməyə girib

Türkiyənin turizm bölgəsi olan Alanyada 24 yaşlı azərbaycanlı dənizdə boğulub.

İstiPress-in məlumatına görə, Ramil Zeynalov adlı Azərbaycan vətəndaşı dostları ilə birlikdə dənizə çimməyə girib. Bir qədər sonra batmağa başlayan Ramili sahilə çıxarıblar və hadisə yerinə təcili yardım çağırıblar.

Tibb işçilərinin müdaxiləsinə baxmayaraq xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Zeynalovun cəsədi məhkəmə-tibbi ekspertizası mərkəzinə aparılıb, polis araşdırma aparır.