Bu gün göydən ulduz yağacaq FOTO

12 Avqust, 2017 14:14 | Həyat Tərzi | Baxış sayı: 165
Perseida meteorid yağışı
Perseida meteorid yağışı

Meteorid yağışı son yüz ilin ən parlağıdır

Bu gecə göy üzündə ən rəngli kosmik hadisələrdən biri baş verəcək. İstiPress-in məlumatına görə, meteorit yağışı müşahidə olunacaq. Perseida meteorid yağışı adlanan proses iki gün davam edəcək. Hava şəraiti imkan verərsə bu prosesi açıq gözlə belə olsa müşahidə etmək mümkün olacaq. 

Perseid yağışı ilk dəfə 36-cı ildə müşahidə eidlib. İlk elmi araşdırması isə 1835-ci ildə Adolfe Quetelet tərəfindən aparılıb. Meteorid yağışına Perseus ulduzu bölgəsində rast gəlindiyi üçün bu adı alıb. 

Göy cisimlərinin sürəti saatda 216 min km-ə çatacaq. Saatda 100 ədəd meteorid düşəcəyi gözlənilir. Dünyanın orbiti hə il Günəş ətrafında dönüşü zamanı kosmik toz buludu ilə kəsişir. Cazibə qüvvəsinin təsiri ilə burada olan göy daşları atmosferə girərək yanır.

Göy üzündəki şounu izləmək üçün ən yaxşı zaman saat 22 radələridir. İddialara görə, Perseid meteorid yağışı son yüz ilin ən parlağı olacaq.

Kosmik hadisəni neçə izləmək olar? Bunun üçün mümkün qədər təmiz havası, kirli mühitdən uzaq olan, qaranlıq və sakit yer seçin. Gözünüzün səmadakı qaranlığa öyrənməsi üçün bir müddət səmanı izləyin. Bunun üçün sizə 20-30 dəqiqə zaman lazımdır.