Tutqun havanın sağlamlığa ziyanı

12 İyul, 2018 11:24 | Həyat Tərzi | Baxış sayı: 61
Tutqun hava
Tutqun hava

OKP ola bilərsiniz

Tutqun hava insan sağlamlığı üçün ziyanlıdır. Amerikalı alimlər belə qənaətə gəliblər. Onlar düşünürlər ki, gün işığının azlığı insanda obsessiv kompulsiv pozuntu (OPK) simptomlarını daha da gücləndirir. 

Binqmenton Universitetinin elm adamları iddia edirlər ki, il ərzində tutqun havanın günəşli günlərdən daha çox olduğu yerlərdə bu sindrom daha geniş yayılıb. 

Onlar bunu müəyyən etmək üçün müxtəlif regionlardna olan yüzlərlə insan üzərində araşdırma aparıblar. Nəticədə müəyyən edilib ki, tutqun, çiskinli hava insanlarda OKPdən əziyyət çəkən insanlarda sindromları daha gücləndirir. Sağlam insanların isə xəstələnməsinə yol aça bilir.