Prezident ölkənin ən gözəl qızını kolxoza çağırdı FOTO

12 İyul, 2018 13:47 | Həyat Tərzi | Baxış sayı: 246
Mariya Vasilyeviç
Mariya Vasilyeviç

Lukaşenko 20 yaşlı gözələ iş təklif edib

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin ən gözəl qıızna iş təklif edib. Amma kolxozda. 

İstiPress-in məlumatına görə, prezident Moqilevski vilayətindəki "Vətən" kolxozuna səfəri zamanı "Miss Belarus-2018" müsabiqəsinin qalibi olan Mariya Vasilyeviçə orada işləməyi təklif edib. 

Lukaşenko gənc qızın təsərrüfat rəhbərliyi kreslosuna oturmasını istəyib və onun kolzoxa rəhbərlik edə biləcəyini deyib. 

Ölkənin ən gözəl qızının təklifə cavabı gecikməyib. O, model agentliyi ilə iki illik müqaviləsi olduğu üçün çalışa bilməyəcəyini deyib. Razılaşma başa çatandan sonra isə işə başlaya bilər. "Əgər prezident zarafat etmirsə müqavilə bitəndən sonra başlaya bilərəm. Ancaq bu gün orada olanda gördüm ki, kənd təsərrüfatçılarının işi ən çətin yox, həm də xeyirxah və çox lazımlıdır". 

Belarus Dövlət Universitetinin 20 yaşlı tələbəsi teleaparıcı olmaq arzusundadır.