NATO liderləri futbola belə baxdılar VİDEO

12 İyul, 2018 10:09 | Həyat Tərzi | Baxış sayı: 72
Xorvatiya- İngiltərə matçı
Xorvatiya- İngiltərə matçı

Mobil telefondan matç izləyənlər arasında Ərdoğan da olub

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının finalçılarından biri də müəyyənləşdi. Ötən gün İngiltərə ilə qarşılaşan Xorvatiya yığması tarixində ilk dəfə həlledici görüşə vəsiqə qazanıb. Hesabı ingilislər açsa da, qələbə xorvatların olub 2:1. Əsas qolu əlavə vaxtda Mario Mancukiç qapıya göndərə bilib. 

İyulun 15-də keçiriləcək final görüşündə Xorvatiya yığması Fransa ilə üz-üzə gələcək. İyulun 14-də isə İngiltərə və Belçika milliləri 3-cü yer uğrunda görüşə çıxacaqlar.

Rusiyada keçirilən çempionatın ən həyəcanlı matçını izləyənlər arasında NATO toplantısı üçün Brüsselə toplanan dünya liderləri də olub. İstiPress-in məlumatına görə, futbol həvəskarı olan liderlər oyunun sonuna ayaqüstü mobil telefondan baxıblar. Onların arasında Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İngiltərənin baş naziri Teresa Mey, Almaniya kansleri Angela Merkel, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu, eləcə də Albaniyanın baş naziri Edi Rama da olub. 

Bu görüntüləri isə Rama sosial media hesabından "Son dəqiqə" başlığı ilə paylaşıb.