Azərbaycanlı milyarderin xarabaya çevrilən lüks otelinə müştəri çıxdı

12 İyul, 2018 12:18 | Həyat Tərzi | Baxış sayı: 243
"Mardan Palace" otelinin fotoları
"Mardan Palace" otelinin fotoları

Milyardlıq otelin adı dəyişir?

Azərbaycanlı milyarderin dağılan ən lüks otelinə müştəri tapıldı. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, AST Telman kimi tanınan iş adamı tərəfindən dünyanın ən məşhur ulduzlarının iştirakı ilə 2009-cu ildə açılan və "dünyanın ən lüks oteli" adına layiq görülən "Mardan Palace" ilə "Titanic Hotel" şəbəkəsi maraqlanmağa başlayıb. 

Otelin direktoru Mehmet Aygün "Mardan Palace"nin borcları, əmlakının müsadirəsi qərarı ilə bağlı Telman İsmayılov və onun borclarının olduğu "Xalq bank"la toplantı keçirib.

Türkiyə və xaricdə otelləri olan Aygün hazırda danışıqlar mərhələsində olduqlarını təsdiqləyib. "Belə bir yerin bağlı qalması ürəyimizi yandırır. Ən qısa zamanda danışıqları yekunlaşdıracağıq".

O, danışıqların müsbət yekunlaşacağı təqdirdə otelin adının da dəyişməyəcəyini deyib. "Bu günə qədər reklamı edilən "Mardan Palace" adını dəyişmək olmaz. Ancaq "Mardan Palace Titanic Group" şəklində ola bilər. Biz xəyal dünyasında gəzməyəcəyik, ayaqlarımız yerə dəyəcək". 

Xatırladaq ki, iş adamı borc batağında olduğu üçün oteli bağlamalı olub. Onun işığı, suyu belə kəsilib. Bir neçə gün öncə inşaası 1,4 milyard dollara başa gələn otelin dağlmağa başladığını əks etdirən görüntülər yayılmışdı.