"WhatsApp" müharibəyə başlayır

12 İyun, 2019 10:50 | Həyat Tərzi | Baxış sayı: 177
WhatsApp
WhatsApp

İnsafsız istifadəçilər məhkəmədə cavab verməli olacaqlar

Ani mesajlaşma xidməti olan "WhatsApp" istifadə qaydalarını pozan istifadəçilərini məhkəməyə verəcək. Bu barədə tədbiqin rəsmi saytında məlumat yer alıb. 

"2019-cu ilin 7 dekabrından "WhatsApp" qaydaları pozan, onlara kömək edən şəxslərə qarşı hüquqi addımlar atacaq".

Məlumatda qeyd edilir ki, qaydaların pozulması dedikdə avtomatlaşdırılmış və ya kütləvi mesaj yollamalar nəzərdə tutulur. Həmçinin proqramdan şəxsi məqsədlərlərdən kənar üçün istifadə də qadağan edilib. 

"WhatsApp" qeyd edib ki, hüquqa zidd fəaliyyət haqqında sübutları ancaq öz platformasından toplamayacaq.  Xidmət qanunsuzluqlarla mübarizədə texniki vasitələrdən də faydalanacaq.

Xatırladaq ki, "WhatsApp" istifadəçilərinin sayı dünyada 1 milyarddan çoxdur. Bu ani mesajlaşmaya kömək edən pulsuz xidmətdir. Şirkət 2009-cu ildə Yan Kum və Brayn Ekton tərəfindən yaradılıb.